AZ

Ukraynada azərbaycanlılar güllələndilər: Silahlı insidentin TƏFƏRRÜATI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avqustun 31-də Ukraynanın Kiyev vilayətinin Fastov şəhərində silahlı insident baş verib.
Küçədə qarpız satan azərbaycanlılar - ata Fərman Rəhimov və oğlu İsmayıl ilə onlara yaxınlaşan şəxs arasında mübahisə yaranıb. Münaqişə böyüyərək davaya çevrilib, onlar güllələnib.
Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbədən Baku TV-nin Şərqi Avropa bürosuna özəl olaraq bildirilib ki, hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü Ukrayna vətəndaşı, Fastov şəhər sakini İvanenko Oleksandr Volodimiroviçdir.
O, 2022-ci ilin yazından 2023-cü ilin payızına qədər Ukrayna Ordusunda döyüşüb. Kiyev vilayətinin prokuroru Dmitro Prokudin isə bildirib ki, azərbaycanlılar qarpız satırmış və iş vaxtı insident yaşanıb:
"Artıq müəyyən edildiyi kimi, qarpız satan şəxslər etnik azərbaycanlılardır, lakin Ukrayna vətəndaşlarıdır, onlar da Fastovda yaşayırlar. Bu, ata Rəhimov Fərman və ölən oğlu İsmayıldır.
Onlara yaxınlaşan həmin şəxslə söhbət zamanı mübahisə düşüb. Mübahisə münaqişəyə çevrilib və 52 yaşlı Fastov sakini evinə gedərək tapança götürüb, geri qayıdaraq ata və oğulu güllələyib. Bu faciəli hadisə nəticəsində Rəhimov İsmayıl dünyasını dəyişib. Yaralı ataya lazımi köməklik göstərilib. Xoşbəxtlikdən onun zədəsi ciddi deyildi və o qədər də ağır nəticələrə səbəb olmayıb. O, artıq xəstəxanadan çıxıb, indi oğlunun dəfni ilə məşğuldur.
Dərhal sonra hadisə yerinə digər hüquq-mühafizə orqanlarının nümayəndələri gəliblər, hücum edən şəxsi həbs ediblər. Hazırda mən şəxsən ona Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürmüşəm. Bu maddələrin ən ağırı iki və ya daha çox şəxsi öldürməyə cəhddir. Məhkəmə onu təqsirli bildiyi halda bu maddələrlə onu ömürlük həbs cəzası gözləyir".
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
1
oxu.az

1Mənbələr