1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukrayna üçün "Koreya ssenarisi"ni mümkün hesab edib.
Oxu.Az bildirir ki, Zelenski bu barədə "Le Point"ə müsahibəsində məlumat verib.
"Məndən bu ssenarinin Ukraynada baş verə bilib-bilməyəcəyini soruşursunuz? Mən sizə deyirəm ki, hər şey mümkündür.
Cənubi Koreya modelinin tam təkrarlanması, yəqin ki, Ukraynaya təhlükəsizlik baxımından uyğun gəlməzdi. Digər tərəfdən, onun iqtisadi modeli yaxşı nümunədir", - deyə Zelenski vurğulayıb.