BAKI, 4 sentyabr. TELEQRAF
Cəbhə xətti boyunca döyüş əməliyyatlarının dondurulması müharibənin başa çatması ssenarilərdən biri kimi nəzərdən keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın müşaviri Mixail Podolyak bildirib.
"Realist danışsaq, bəli, mümkün ssenarilərindən biri - cəbhə xətti boyunca dondurulmadır. Prezident də bu barədə danışır. Amma düşünürəm ki, yekun ssenari haqqında qərarı prezident qəbul edəcək", - o deyib.
Podolyakın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri səviyyəsində məsləhətləşmələr davam edir.
"Rusiyanın daşıyacağı risklər barədə aydın baxış və anlayış var. Bütün bunlara baxmayaraq, amerikalı tərəfdaşlarımızla yaxşı danışıqlar prosesi gedir. Düşünürəm ki, Pekin və Tyancindəki hadisələrdən sonra Birləşmiş Ştatlar dünyada baş verənlərə daha realist baxacaq. Dünyada baş verən yenidənqurmanın ABŞ əleyhinə olduğunu göstərmək istəmirsənsə, Ukraynaya investisiya qoymalısan, müharibənin az-çox ədalətli şəkildə başa çatmasına investisiya qoymalısan. Elə etməlisən ki, Rusiya heç bir dividend əldə etməsin", - Mixail Podolyak qeyd edib.