ain.az, Dogru.az portalına istinadən məlumat yayır.
İsrail Fələstinin Həmas hərəkatının girovları azad etməyə hazır olması ilə bağlı açıqlamasını “təbliğat manevri” kimi qiymətləndirib.
Doğru.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında bildirilir:
“Təəssüf ki, bu, HƏMAS-ın növbəti təbliğat addımıdır və yeni heç nə ehtiva etmir. Müharibə dərhal başa çata bilər, ancaq yalnız Nazirlər Kabinetinin təsdiq etdiyi şərtlərlə”.
İsrailin şərtlərinə bütün girovların azad edilməsi, HƏMAS-ın tərksilah olunması, Qəzza zolağının demilitarizasiyası, bölgədə təhlükəsizliyə İsrailin nəzarəti və alternativ mülki hökumətin yaradılması daxildir.
Xatırladaq ki, bundan əvvəl Netanyahu HƏMAS-ın məğlubiyyətini sürətləndirmək üçün Qəzza zolağının ələ keçirilməsi əməliyyatının müddətini qısaltmağı əmr etmişdi.
DOĞRU.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.