BMT rəsmiləri ABŞ administrasiyası ilə Fələstin nümayəndə heyətinə viza verilməməsi qərarını müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
“Biz izahat almağa çalışırıq. Aydındır ki, bu qərarın nəticələri ciddi narahatlıq doğurur”, - BMT rəsmisi qeyd edib.
Xatırladaq ki, avqustun 29-da ABŞ Dövlət Departamenti Fələstin Azadlıq Təşkilatının və Fələstin Milli Administrasiyasının rəsmilərinə, o cümlədən prezident Mahmud Abbasa BMT Baş Assambleyasının növbəti sessiyası ərəfəsində vizaların verilməsindən imtina edib.