Ukrayna prezidenti Vladimir Zelenski Le Point jurnalına verdiyi müsahibədə Ukraynada Cənubi Koreya ssenarisinin reallaşa biləcəyini istisna etməyib.
Editor.az xəbər verir ki, jurnalistin “Ukraynada Koreya ssenarisi mümkündürmü?” sualına cavab olaraq Zelenski qeyd edib ki, “hər şey mümkündür”.
O vurğulayıb ki, Cənubi Koreyanın əsas müttəfiqi olan ABŞ Şimali Koreyanın ölkəni işğal etməsinə imkan verməz, lakin risklər hələ də mövcuddur.
//Samir Qurbanov, Editor.az