AZ

Eks-prezident Duda: "Zelenski Polşanı Rusiya ilə hərbi münaqişəyə sürükləməyə çalışıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Volodimir Zelenski 2022-ci ilin noyabrında Polşanın şərqinə raketin düşməsi ilə bağlı insidentdən istifadə etməyə çalışaraq, Polşanı Rusiya ilə hərbi münaqişəyə sürükləməyə çalışıb".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Polşanın keçmiş Prezidenti Andjey Duda deyib.
Həmin vaxt Pşevoduv yaşayış məntəqəsinə raketin düşməsi nəticəsində iki nəfər həlak olmuşdu. Ukrayna prezidenti insidentdə Rusiyanı ittiham etmişdi. Sonradan məlum olmuşdu ki, raket Ukraynanın hava hücumundan müdafiə qüvvələrinə məxsus olub.
"Onlar lap əvvəldən hamını müharibəyə sürükləməyə çalışırlar. Bu, onların marağındadır", - deyə Duda vurğulayıb.
Eks-prezident etiraf edib ki, Zelenski o zaman onu həmin raketin Rusiya raketi olduğunu elan etməyə məcbur etməyə cəhd göstərib.
Seçilən
46
50
oxu.az

10Mənbələr