AZ

Yerin yaxınlığından böyük asteroid keçdi

BAKI, 4 sentyabr. TELEQRAF

Yerdən 200 min kilometr məsafədə Çelyabinsk meteoritinin ölçüsündə (diametri 15 m) olan asteroid keçib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında dərc olunmuş məlumatda deyilir.

Bildirilir ki, ölçüsü 22 metr olan 2025 QD8 asteroidi Ay orbitinin daxilindən keçərək Yerlə minimum məsafəyə yaxınlaşıb.

Alimlərin sözlərinə görə, obyekt ilk dəfə 18 avqust 2025-ci ildə aşkar edilib və əvvəllər onun haqqında məlumat olmayıb. Asteroidin hələ də Ayın orbiti daxilində olduğu bildirilir.

Seçilən
1
teleqraf.com

1Mənbələr