AZ

Lüks yaxta suya endirilən kimi batdı

Türkiyədə "Dolce Vento" adlı lüks yaxta suya endirildikdən cəmi 15 dəqiqə sonra sahildən təxminən 200 metr aralıda batıb.

Publika.az xəbər verir ki, hadisənin görüntülərini Britaniyanın “The Sun” nəşri yayıb.

Hadisə Türkiyənin cənubunda Zonquldak sahillərində baş verib.

Beş aylıq inşadan sonra ərsəyə gələn yaxtanın dəyəri 40 milyon lirə (təxminən 1 milyon 700 min manat) təşkil edib.

Hadisə zamanı gəmidəkilər özlərini xilas etmək üçün suya tullanıblar. Yaxtanın sahibi, kapitan və iki heyət üzvü üzərək sahilə çıxmağı bacarıblar. İtki yoxdur.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparılacağını və gəminin qəzaya uğramasının səbəblərinin müəyyən ediləcəyini bildirib.

Seçilən
39
publika.az

1Mənbələr