İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah”ın obyektlərinə yeni zərbələr endirib.
APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələrdən birinin hədəfi “Hizbullah”ın mühəndis texnikası anbarı olub.
Bundan əlavə, Livanın cənubunda yerləşən Cibbin qəsəbəsi yaxınlığında “Hizbullah”a məxsus raket qurğusu da vurulub.