AZ

Türkiyədə avtobus sürücüsünə çoxsaylı bıçaq zərbələri endirildi - ANBAAN GÖRÜNTÜLƏR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Şanlıurfa şəhərində avtobus sürücüsü ilə minik maşınında olan şəxslər arasında baş verən insident bıçaqlanma ilə nəticələnib.
Oxu.Az DHA agentliyinə istinadən xəbər verir ki, hadisə avtobusun kamerası tərəfindən anbaan qeydə alınıb.
İlkin məlumata görə, avtobus sürücüsünün yolda minik avtomobilinə yol verməməsi, qarşı tərəfi hiddətləndirib və onlar ictimai nəqliyyatı təqib etməyə başlayıblar.
Daha sonra avtomobildən düşən kişi bıçaqla marşrut avtobusunun sürücüsünə xəsarətlər yetirib. Qolundan ciddi bıçaq zərbələri alan sürücü xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra polis şübhəlilərin tutulması üçün araşdırmalara başlayıb.
Seçilən
29
oxu.az

1Mənbələr