AZ

ING Azərbaycanın 2028-ci ilə qədər ÜDM artımı ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. Trend:

Niderlandın "ING" bank qrupu Azərbaycanda növbəti illər üçünümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunuaçıqlayıb.

Trend xəbər verirki, sənədə əsasən, ölkə iqtisadiyyatının 2025 və 2026-cı illərdə2,5 faiz artacağı, 2027-ci ildə isə artım tempinin 2 faizə enəcəyigözlənilir.

Rüblük əsasda, ING-nin hesablamalarına görə, Azərbaycanın ÜDMartımı 2025-ci ilin üçüncü rübündə 2,5 faiz, dördüncü rübdə isə 4faizə yüksələcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkədə 50milyard manatdan çox ÜDM istehsal edilib ki, bu da ötən ilinmüvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalıb,qeyri-neft-qaz sektorunda isə 3,9 faiz artıb.

ÜDM-in istehsalı: 36,2%-i sənaye, 9,9%-i ticarət; avtonəqliyyatvasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2faizi tikinti, 4,0 faizi kənd, meşə təsərrüfatı və balıqçılıq, 2,8faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faiziinformasiya və rabitə, 21,7 faizi digər sənaye sahələri; məhsula vəidxala xalis vergilər ÜDM-in 10,4%-ni təşkil edib. Adambaşına düşənÜDM 4896,1 manat olub.

Məqalədə:
Seçilən
89
az.trend.az

1Mənbələr