AZ

Zaxarova: Qərb Ukrayna xalqına qarşı soyqırımı həyata keçirir

BAKI, 4 sentyabr. TELEQRAF

Kollektiv Qərb Ukraynanı həqiqi dövlətçilikdən məhrum edib və onun xalqına qarşı soyqırımına keçib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Russia Today” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, həqiqi demokratiya və dövlətçilik şəraitində Ukraynanın təbii sərvətlərini Qərb şirkətləri deyil, ölkə vətəndaşları idarə etməlidir.

"Mənə elə gəlir ki, Qərb həqiqətən də Ukrayna xalqına qarşı soyqırımına keçib. Onlar Ukrayna ərazisinə öldürücü silahların tədarükünü artıraraq və təhlükəsizlik zəmanətləri adı altında daha çox hərbiləşdirmənin zəruriliyi barədə bəyanatlar verərək soyqırımı həyata keçirir", - Zaxarova vurğulayıb.

Seçilən
184
teleqraf.com

1Mənbələr