Faktla bağlı araşdırma aparılır.
Ajans.az xəbər verir ki, hadisə barədə İstambul Valiliyi məlumat yayıb. Məlumata görə, dünən gecə saat 21:15 radələrində İstanbul Ədliyyəsində dövlət ittihamçısı işləyən 58 yaşlı Ercan Kayhan İstanbulun Çekmeköy Ömerli qəsəbəsindəki restoranlardan birində 19 yaşlı Mustafa Can Gül tərəfindən öldürülüb. Şübhəli Mustafa Can G. polis tərəfindən hadisə yerində nəzarətə götürülüb.