Bakı. Trend:
Cənubi Karolina Tibb Universitetinin alimləri xərçənghüceyrələrinin mitoxondrilərini məhv edən yeni LCL768 preparatıhazırlayıblar.
Trend xəbər verirki, nəticələr *Cancer Research* jurnalında dərc olunub.
Dərman baş və boyun nahiyəsinin aqressiv yastıhüceyrəlixərçənginə qarşı nəzərdə tutulub. O, seramidin sintetik formasıdırvə xərçəng hüceyrələrində mitofagiyanı işə salaraq onların enerjimənbəyini kəsir, həmçinin fumarat molekulunu bloklayır.
Siçanlarda və pasiyent nümunələrində effektivliyi sübut olunanLCL768 hazırda klinik sınaqlara hazırlanır. Alimlər onun müalicəyədavamlı xərçəng formaları üçün yeni ümid olacağını bildirirlər.