AZ

ABŞ Ədliyyə Nazirliyi Epşteyn işində “itkin düşən dəqiqə” videosu ilə bağlı açıqlama verib

Nəzarət kamerasının görüntüləri şayiələri təkzib etmək üçün yayımlanıb...

Poliqon xəbər verir ki, ABŞ hakimiyyəti maliyyəçi Cefri Epşteynin işi ilə bağlı yeni materiallar dərc edib. Onların arasında Fox News telekanalı vasitəsilə yayımlanan və “itkin düşən dəqiqə” adlandırılan müşahidə kamerası videosu da yer alıb.

Kadrlarda 2019-cu il avqustun 9-dan 10-na keçən gecə, saat 23:59:21-dən 00:02:26-dək olan vaxt əks olunub. Əvvəlki araşdırmalarda qeyd olunan boşluq 23:58:59-dan gecəyarısınadək davam edirdi. Yayımlanan görüntülərdə həmin müddətdə Epşteynin kamerası ətrafında heç bir hadisənin baş vermədiyi görünür. Gecəyarısı kamera avtomatik olaraq digər bucağa keçib.

ABŞ Ədliyyə Nazirliyi iyul ayında 11 saata yaxın videoçarxları ictimaiyyətə təqdim etmişdi. Məqsəd Epşteynin ölümündə qəsd iddialarını rədd etmək idi. Lakin həmin materiallarda bir dəqiqəlik boşluq müşahidə olunması yeni şübhələr doğurmuşdu.

Qeyd edək ki, konspiroloji nəzəriyyələrə əsasən, Epşteynin ölümü onun nüfuzlu siyasətçilərlə əlaqələri ilə bağlıdır. Bununla belə, ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) bu iddiaları təsdiqləyən heç bir sübut tapmayıb.

Poliqon.info

Seçilən
66
poliqon.info

1Mənbələr