AZ

XİN: Rusiya ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması qərarını əsaslı hesab edir

BAKI, 4 sentyabr. TELEQRAF

Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupunun fəaliyyətinə son qoymaq qərarını əsaslı hesab edir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Moskva digər ATƏT üzvləri ilə yanaşı, konsensus əsasında qəbul edilən bu qərarın qəbulunda iştirak edib.

“Bölgədəki vəziyyətin köklü şəkildə dəyişməsi fonunda bu addımı əsaslı hesab edirik”, - Rusiya XİN-in sözçüsü deyib.

Zaxarova əlavə edib ki, Minsk institutlarının fəaliyyətinin dayandırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsus olub.

“Bu dövlətlərin xarici işlər nazirləri 11 avqustda ATƏT-ə müvafiq təkliflə müraciət edərək, Bakı və Yerevanın artıq Minsk prosesinin alətlərinə ehtiyac duymadıqlarını təsdiq ediblər. Xatırladım ki, Minsk Qrupunun fəaliyyəti dövründə həmsədr olaraq Rusiya bizə dost olan Azərbaycan və Ermənistan xalqlarının barışması yolunda qarşıya qoyulmuş vəzifələrin həlli üçün maksimum səy göstərib”, - o əlavə edib.

Xatırladaq ki, ATƏT-in Minsk prosesi 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün başladılıb. Onun əsas elementi Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk Qrupu olub. 2025-il il sentyabrın 1-də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edilib.

Seçilən
86
10
teleqraf.com

10Mənbələr