AZ

Qəhvə bəhanəsi və müqavilədən imtina

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyanın “Burqos” klubu ilə anlaşan Gilerme Oçoa son anda transferdən vaz keçib.

Futbolpress.az xəbər verir ki, qolkiper Sequnda təmsilçisi ilə müqavilə imzalama anında qəhvə almaq üçün çölə çıxıb və geri qayıtmayıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Oçonanın klub nümayəndələrinin zənginə cavab vermədiyi də qeyd edilib.

40 yaşlı qolkiper son olacaq Portuqaliyada AVS klubunda çıxış edib. O, daha əvvəl Meksikada “Amerika”, İspaniyada “Qranada”, “Malaqa”, Belçikada “Standard”, İtaliyada “Salernitana”da forma geyinib. Oçoa Meksika millisində 152 oyunda meydana çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
futbolpress.az

1Mənbələr