Tanınmış fransalı müdafiəçi Kurt Zuma karyerasını Rumıniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "ÇFR Kluj" 30 yaşlı futbolçu ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.
Mərkəz müdafiəçisi "dəmiryolçular"ın sıralarına azad agent kimi qoşulub. Kurt Zuma "Vest Hem"i pulsuz tərk edib. O, "Vest Hem"ə 2021-ci ilin yayında 35 milyon avroya "Çelsi"dən transfer olunmuşdu. Ümumilikdə fransalı oyunçu İngiltərə Premyer Liqasında 247 matç keçirib.
"ÇFR Kluj" Rumıniya çempionatının son mövsümünü ikinci yerdə başa vurub. Komanda cari Konfrans Liqasının əsas mərhələsinə yüksələ bilməyib. "Dəmiryolçular" pley-offda İsveç "Hakken"inə ümumi hesabda 3:7 uduzub.
Mirağa