AZ

Bu gün Zaqatalanın üç küçəsində qaz olmayacaq

BAKI, 4 sentyabr. TELEQRAF

Bu gün Zaqatalanın üç küçəsində qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Zaqatala rayonu ərazisində Manafov Bəşir Nəzir oğluna məxsus torpaq sahəsinin qarşısından keçən mövcud aşağı təzyiqli yerüstü qaz xəttinin yerinin öz hesabına dəyişdirilməsi məqsədi ilə bu gwn saat 14:00-dan işlər yekunlaşanadək C.Cabbarlı, H. Aslanov küçələrini və H.Əliyev prospektinin bir hisəssində 60 abonentin qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Seçilən
3
2
teleqraf.com

3Mənbələr