AZ

Neft büdcə qiymətindən aşağı düşdü

ain.az, Modern.az portalına istinadən məlumat verir.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,92 % azalaraq 69,88 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
42
modern.az

10Mənbələr