İrkutsk vilayətində turist ayı ilə döyüşərək ölümdən qurtulub...
Poliqon xəbər verir ki, İrkutsk vilayətində bir turist Baykal gölünün Ayaşa körfəzində ayının hücumundan möcüzə nəticəsində xəsarət almadan çıxıb və heyvana müqavimət göstərə bilib. Hadisə qapalı Tayqa ərazisində baş verib.
Turistin sözlərinə görə, ayı qəflətən ona hücum edib və yerə yıxıb. O, ayaqları və əlləri ilə heyvanın qarın və ayaqlarına zərbələr endirərək aktiv müqavimət göstərib. Turist müqavimət göstərdikcə heyvan qorxaraq meşəyə çəkilib.
Kişi ən yaxın tur bazasına 16 km qaçaraq çatıb. Həkimlər yalnız yüngül cızıq xəsarətləri qeydə alıblar.
Poliqon.info