AZ

Gənclər və İdman Nazirliyinin Səhər idmanı layihəsinə jurnalistlər də qoşulublar

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Sentyabrın 4-də idman jurnalistləri Gənclər və İdman Nazirliyinin "Səhər idmanı" təşəbbüsünə qoşularaq idman edib, sağlam həyata çağırış ediblər.

Oxu.Az xəbər verir ki, Dədə Qorqud parkında toplaşan media nümayəndələri günə gimnastika ilə başlayıblar.

Onlarla birlikdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman səfirləri, idman veteranları və gənclər də səhər idmanına qoşulublar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni bir təşəbbüsə start verib. Nazirliyin "Sağlam həyat" layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi altı gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçiriləcək. Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
6
oxu.az

10Mənbələr