BAKI, 4 sentyabr. TELEQRAF
Gələn həftə ABŞ-dən müxtəlif dairələrin nümayəndələri Ermənistana gələcəklər.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Ermənistan hökumətindən nəşrə verilən məlumata görə, səfərin gündəliyi 42 kilometrlik “Tramp dəhlizi” (və ya Zəngəzur dəhlizi) kimi tanınan layihədir. Söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılması planlaşdırılan dəhlizdən gedir.
Qəzet bildirib ki, amerikalılar təkcə dəhlizin texniki və siyasi təfərrüatlarını deyil, həm də investisiyaların həcmini, prioritetləri, eləcə də tikinti işlərinə başlanma tarixlərini müzakirə edəcəklər:
“Mənbələrin məlumatına görə, səfərin məqsədi Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında əldə edilmiş razılaşmanın praktiki şəkildə həyata keçirilməsinə yönəlmiş addımların ardıcıllığına aydınlıq gətirməkdir.
Hazırda rəsmi mənbələr həm səfərin təfərrüatları, həm də gündəmlə bağlı susur. Bununla belə, “Joqovurd”un fikrincə, müzakirələr qapalı formatda olacaq və qərarların regionda yeni reallığın formalaşdırılması ilə birbaşa əlaqəsi olacaq”.