Qanunvericiliyə görə bütün dövlət strukturlarında birinci müavin ştatı olur. Və zərurət yarandıqca birinci müavin qurum rəhbərini əvəz edir. Birinci müavin olmadıqda isə səlahiyyətlər sərəncamla müavinlərdən birinə həvalə edilir.
Bəs hansı Nazirlikdə birinci müavin yoxdur?
News365.az bununla bağlı araşdırma aparıb. Bəlli olub ki, 10 nazirin birinci müavini yoxdur.
Həmin siyahını təqdim edirik:
1. Energetika Nazirliyi
Energetika naziri Pərviz Şahbazovun birinci müavini yoxdur. Maraqlıdır ki, onun cəmi bir müavini var. O da 2017-ci ildən bu vəzifəni daşıyır.
2. Ədliyyə Nazirliyi
Ədliyyə naziri Fərid Əhmədovun da birinci müavini yoxdur. Baxmayaraq ki, onun 5 müavini var.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev də birinci müavinsiz çalışır. Bununla belə onun 4 müavini var.
4. Gənclər və İdman Nazirliyi
Gənclər və İdman naziri Fərid Qayıbovun da birinci müavini yoxdur. Ümumilkdə isə onun 2 müavini var.
5. Xarici İşlər Nazirliyi
Xarici İşlər naziri Ceyhun Bayramov da hələki birinci müavinsizdir. Baxmayaraq ki, onun 6 müavini var.
6. Kənd Təsərrüfatı Nazirliyi
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun da birinci müavini yoxdur. Ümumilkdə isə onun 2 müavini var.
7. Mədəniyyət Nazirliyi
Mədəniyyət naziri Adil Kərimli də birinci müavinsiz çalışır. Bununla belə onun 3 müavini var.
8. Müdafiə Sənayesi Nazirliyi
Müdafiə Sənayesi naziri Vüqar Mustafayevin də birinci müavini yoxdur. Nazirin 2 müavini var.
9. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev də hələki müavinsizdir. Halbuki onun 5 müavini var.
10.Elm və Təhsil Nazirliyi
Elm və Təhsil naziri Emin Əmrullayevin də birinci müavini yoxdur. Ümumilikdə isə onun 4 müavini var.
News365.az