AzVision.az xəbər verir ki, Meksikanın prezidenti Klaudiya Şeynbaum ABŞ-nin Dövlət katibi Marko Rubio ilə görüşdən sonra belə deyib.
“ABŞ-nin Dövlət katibi Marko Rubio ilə dostluq görüşü zamanı biz bir neçə aylıq işdən sonra sərhəd təhlükəsizliyi və hüquq mühafizəsi üzrə əməkdaşlıq proqramı haqqında razılığa gəldik. Bu, dörd prinsipə əsaslanır:qarşılıqlılıq, suverenlik və ərazi bütövlüyünə hörmət, ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və qarşılıqlı etimad” , - Meksika prezidenti “X” sosial şəbəkəsində yazıb.
Meksika Xarici İşlər nazirliyi və ABŞ Dövlət departamentinin dərc etdiyi birgə kommünikeyə əsasən, tərəflər transmilli cinayətlərə qarşı mübarizədə iki ölkənin hüquq-mühafizə və məhkəmə strukturları arasında koordinasiyanı gücləndirəcəklər. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün də birgə səylər nəzərdə tutulub.
Fentanil, digər narkotik vasitələrin və qanunsuz silahların qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilir. Sənəddə vurğulanır ki, operativ və konkret tədbirlər ümumi sərhəddə təhlükəsizliyi yaxşılaşdıra bilər.
Tərəflər sazişlərin icrasına müntəzəm nəzarət edəcək yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
- İşçi qrupun vəzifələrinə narkotik kartelləri ilə mübarizə, yeraltı tunellərin sökülməsi, qeyri-qanuni maliyyə axınlarının dayandırılması və yanacaq oğurluğunun qarşısının alınması daxildir. Mövcud qanunvericilik çərçivəsində sərhəd təhlükəsizliyi, fentanil alverinin azaldılması və kəşfiyyat məlumatlarının mübadiləsi sahələrində artıq müəyyən effektivliyə nail olunub”,- birgə kommünikedə vurğulanır.
Bununla yanaşı, Meksika və ABŞ narkomaniya və tiryəkdən sui-istifadənin qarşısının alınması üçün birgə kampaniyalar da daxil olmaqla, səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta