“Bərpa Plyus” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb.
Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcunun məbləği 118807.59 AZN-dir.
Sözügedən borca görə nizamnamə kapitalı 30 manat olan “Bərpa Plyus” MMC-nin qanuni təmsilçisi Rəna Aslanova Ağababa qızına xəbərdarlıq edilib. Borc ödənilmədiyi halda onun ölkədən çıxışına məhdudiyyət qoyulacaq.