Böyük Britaniyanın müdafiə naziri Con Healey Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya hərbi yardım göstərildiyini açıqlayıb.
Herbiand.az Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən xəbnər verir ki, nazir bu barədə çərşənbə günü Kiyevə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya vəsaitləri 1 milyard funt sterlinqdən çox dəyərində silah və digər hərbi yardımların alınmasına sərf edilib.
Bu, Ukraynanı yüz minlərlə artilleriya patronu, yüzlərlə zenit-raket kompleksi, silahlar üçün ehtiyat hissələri ilə təchiz etməyə, həmçinin texnika və hərbi nəqliyyata texniki qulluq və təmirə dair yeni müqavilələr bağlamağa imkan verib.
Ukrayna son 50 gündə Böyük Britaniyadan 4,7 milyon patron atıcı silah, 60 min artilleriya mərmisi, raket və raket sistemləri, 2,5 mindən çox pilotsuz uçan aparat, 200-dən çox elektron döyüş sistemi, 100 ədəd yüngül silah, 30 dron və hava hücumundan müdafiə vasitələri alıb.