Argentinada 5,8 bal gücündə zəlzələ baş verib.
Missiya.Az "livemint"ə istinadən xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, sentyabrın 4-də Argentinanın Salta şəhərində 5,8 bal gücündə zəlzələ olub.
EMSC bildirib ki, seysmik aktivlik 192 km (119 mil) dərinlikdə baş verib. Həmçinin oxşar məqam saatlar öncə ABŞ-ın Alyaska ştatında yaşanıb. Yeraltı təkanlar sentyabrın 3-də yerli vaxtla saat 20:57-də Nikolskidən 87 km cənub-qərbdə hiss olunub və rixter cədvəli üzrə 6 bal gücündə müəyyənləşib.
İlahə Qənbərli
Missiya.Az