"Samsung"un ən bahalı smartfonunda ciddi qüsur aşkarlanıb.
Milli.Az "iTechPost"a istinadla xəbər verir ki, "Samsung Galaxy Z Fold 7" istifadəçiləri cihazın korpusunda boya soyulması problemini müzakirə edirlər.
Məlumata görə, bəzi sahiblər anodlaşdırılmış metal korpusdakı örtüyün iri hissələrlə qopduğunu bildiriblər. Reddit platformasında paylaşılan şəkillərdə telefonun yan hissələrində rəngin soyulduğu açıq şəkildə görünür.
İstifadəçilərdən biri yazıb:
"Samsung bu problemi həll etməyəcək, çünki bu, smartfonun işinə təsir göstərmir. Amma bu məni çox əsəbiləşdirir - çünki cihazı heç vaxt yerə salmamışam."
Başqa bir sahib isə qeyd edib ki, belə bir defektin 2000 dollardan (təxminən 160 min rubl) baha olan cihazda ortaya çıxması qəbuledilməzdir.
Ekspertlər hesab edirlər ki, bu cür qüsurlar istifadəçilərin etimadını ciddi zədələyə bilər. Əgər Samsung nasaz cihazları dəyişməsə və ya pulunu geri qaytarmasa, şirkətin imicinə mənfi təsir göstərə bilər.
Qeyd edək ki, Galaxy Z Fold 7 Samsung-un ən bahalı və flaqman qatlanan smartfonudur.
İsmayıl
Milli.Az