AZ

İran sirr saxlamağı bacarır

AzVision.az xəbər verir ki, MAQATE-nin hesabatına istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“İyun ayında İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən bir müddət əvvəl İranın 60%-ə qədər zənginləşdirilmiş təxminən 440 kiloqram uranı var idi. Bu, uranın 90% zənginləşdirilməsi üçün “texniki addım”ın atılması məsafəsində olmaq deməkdir. Silah dərəcəsinə qədər zənginləşdirilsə, bu kütlə 10-a yaxın nüvə başlığı yaratmaq üçün kifayət edərdi”, - agentliyin dərc etdiyi materialda bildirilir.

İsrailin nüvə obyektində aktiv iş gedir | VİDEO
Avqustun sonunda əməkdaşlıq bərpa olunduqdan sonra MAQATE müfəttişləri yalnız Buşəhr AES-ə baş çəkə bildilər. Lakin belə obyektlər agentliyin İranın nüvə proqramı ilə bağlı rüblük icmallarına nadir hallarda daxil edilir.

Eyni zamanda, MAQATE-nin müfəttişlərinə hələ Fordo, İsfahan və Natanzdakı daha həssas nüvə obyektlərinə giriş icazəsi verilməyib. Ən böyük narahatlığa səbəb olanlar isə məzh bunlardır. Belə ki, agentliyin İsrailin zərbələrindən sonra İranın hazırkı zənginləşdirilmiş uran ehtiyatları barədə məlumatı yoxdur.

Maraqlıdır ki, bundan əvvəl analitiklərin öyrəndiyi peyk görüntülərinə istinad edən “South China Morning Post” (SCMP) nəşri İsrailin nüvə proqramı ilə bağlı yeni obyektin tikintisini sürətləndirdiyinin ehtimal olunduğu barədə məlumat yayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
45
1
azvision.az

2Mənbələr