Bu gün DÇ 2026-nın seçmə mərhələ oyunları keçiriləcək.
Offsideplus.az xəbər verir ki, E qrupunda mübarizə aparan Türkiyə yığması səfərdə Gürcüstan milli komandası ilə üz-üzə gələcək. Görüş Boris Payçadze adına stadionda keçiriləcək.
"Ay-ulduzlular"da görüş öncəsi ciddi itki yoxdur. Onlar bu qarşılaşmadan 3 gün sonra İspaniyanı qəbul edəcək.
İspanlar isə bu gün Bolqarıstanla qarşılaşacaq.
Günün bir digər maraqlı matçı Rotterdam oynanılacaq. Niderland Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək.
Almaniya yığması isə səfərdə Slovakiyanın qonağı olacaq.