AZ

Neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) neft və kimya sahəsində 8 yeni dövlət standartı qəbul edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Operativ Media-ya  verilən məlumata görə, bu standartların tətbiqində məqsəd sürtkü yağlarının istehsalının genişləndirilməsi və onların təhlükəsizlik tələblərinin vahid norma və qaydalar əsasında müəyyənləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, yeni dövlət standartları “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
56
operativmedia.az

1Mənbələr