AZ

Fed-in dəstəyi sual altında – Mərkəzi banklar yeni planlar hazırlayır

Dünya mərkəzi bankları dollara olan tələbin artdığı bir dövrdə, dollar ehtiyatlarını daha effektiv idarə etmək üçün əməkdaşlıq imkanlarını araşdırır. Bu mövzu, qlobal maliyyə sabitliyi və valyuta bazarlarının dayanıqlığı baxımından mühüm əhəmiyyət daşıyır.

Bakuinfo, Reuters-ə istinadən xəbər verir ki, dünya üzrə mərkəzi banklar ABŞ Federal Ehtiyat Sisteminin (Fed) gələcəkdə dollar likvidliyi yardımı göstərib-göstərməyəcəyinə dair artan qeyri-müəyyənlik fonunda ehtiyat variantlar axtarırlar.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun rəhbəri Adam Posen, Avropa Mərkəzi Bankının təşkil etdiyi tədbirdə çıxış edərək bildirib ki, mərkəzi banklar dollar ehtiyatlarını birləşdirərək fövqəladə hallarda birgə istifadə edə biləcəkləri yeni mexanizmlər qurmalıdırlar. Onun fikrincə, bu, xüsusilə Fed-in qərarlarının daha çox daxili siyasi təsirlərə məruz qaldığı bir dövrdə önəmlidir.

Posen təklif edib ki, Avropa Mərkəzi Bankı və digər böyük banklar dollar ehtiyatlarını bir araya gətirsinlər və beləliklə fövqəladə hallarda banklara birbaşa likvidlik yardımı göstərmək mümkün olsun.

Bəzi Avropa rəsmiləri Fed-in xarici banklara yardımını davam etdirəcəyinə hələ də ümid etsələr də, bu təkliflər artan risklərə qarşı qabaqlayıcı addım kimi dəyərləndirilir.

Hazırda beynəlxalq maliyyə sistemində dollar əsas rezerv valyuta olaraq qalır. Lakin Fed-in bu sistemdəki rolu və gələcəkdə nə qədər etibarlı ortaq kimi qalacağı sual altına alınmağa başlayıb.

Seçilən
66
bakuinfo.net

1Mənbələr