AZ

Məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Qalib Bəşirovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, məhkəmə iclasında çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apellyasiya şikayəti isə qismən təmin olunub. Belə ki, məhkəmənin qərarı ilə Qalib Bəşirovun Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli hökmü dəyişdirilib. Ona əvvəl təyin olunmuş cəza 2 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib. Şübhəli şəxs qismində saxlandığı bir gün cəza müddətindən çıxılmaqla, onun üzərində qəti olaraq 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökm qalan hissədə dəyişdirilmədən qüvvədə qalıb.
İttihama görə, hadisə 2023-cü ilin noyabrında baş verib. 2001-ci il təvəllüdlü Qalib Bəşirov Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində günlük kirayə götürdüyü mənzildə aralarında 8 il yaş fərqi olan, 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan, 2009-cu il təvəllüdlü, zərərçəkmiş S.S. ilə razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub. Qalib sonradan - 2023-cü il dekabrın 1-də həmin ünvanda təkrar olaraq seksual xarakterli digər hərəkətlər edib.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qalib Bəşirov 1 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdi.
Seçilən
100
47
oxu.az

10Mənbələr