AZ

Bakıda külək güclənib - FAKTİKİ HAVA

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 2025-ci il sentyabrın 5-dən oktyabrın 5-dək respublika ərazisində “Diqqət, uşaqlar!” şüarı altında profilaktik tədbirlər ayı keçirir.

Avtosfer.az xəbər verir ki, tədbirin əsas məqsədi məktəbli və yeniyetmələrin yol qəzalarından qorunması, sürücülərin və piyadaların məsuliyyət hissinin artırılmasıdır. BDYPİ bildirir ki, bu ay ərzində yol hərəkəti iştirakçılarının diqqətinin xüsusilə azyaşlıların təhlükəsizliyinə yönəldilməsi planlaşdırılır.

Yol polisi valideynlərə və böyüklərə çağırış edərək vurğulayır ki, uşaqların təhlükəsizliyi ilk növbədə onların məsuliyyətli davranışından asılıdır. Bu baxımdan onlara yol hərəkəti qaydalarının izah olunması və nümunəvi davranış göstərilməsi vacibdir.

Sürücülərə isə xüsusi xəbərdarlıq edilib. BDYPİ xatırladır ki:

  • Təhsil müəssisələrinin, uşaq bağçalarının və yaşayış məhəllələrinin yaxınlığında sürət azaldılmalı;

  • Piyadalara, xüsusilə uşaqlara keçidlərdə yol verilməli;

  • Yol nişanları, işıqfor siqnalları və nişanlanma xətləri nəzərə alınmalı;

  • Manevr zamanı diqqətli olunmalı və dayanma-durma qaydaları pozulmamalıdır.

Qurum bütün yol hərəkəti iştirakçılarını birgə məsuliyyətə çağıraraq bildirir ki, qaydalara əməl etməklə həm öz həyatımızı, həm də ətrafımızdakı insanların, xüsusilə də uşaqların təhlükəsizliyini qoruya bilərik.

“Uşaqları qoruyaq – gələcəyimizi qoruyaq!” – BDYPİ-nin bu çağırışı tədbirin əsas mesajı kimi təqdim olunur.

Seçilən
104
avtosfer.az

1Mənbələr