Avropa üçün yeni çağırışlar: Çin-Rusiya-İran-Koreya əməkdaşlığı və Qərbin reaksiyası...
Poliqon xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Si Tsinpini Qərbə meydan oxumaqda ittiham edib.
Kallas bildirib ki, Çin dövlət sədri Sİ Tsinpin Qərbə nümayişkarənə şəkildə çağırış edir. Onun sözlərinə görə, Qərb liderləri diplomatiyada birlik nümayiş etdirərkən, avtoritar ölkələrdən ibarət alyans yeni dünya nizamına sürətli keçid yolları axtarır.
Aİ rəsmisi vurğulayıb ki, Sİ Tsinpin Pekində Rusiya, İran və Şimali Koreya liderləri ilə birlikdə dayanaraq, sadəcə anti-Qərb ritorikası ilə kifayətlənmir, bu, həm də qaydalara əsaslanan beynəlxalq sistemə birbaşa meydan oxumaqdır.
Kallas əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi Çin tərəfindən dəstəklənir və bu, Avropa üçün ciddi reallıqlardır, onlara qarşı adekvat tədbirlər görülməlidir.
Poliqon.info