AZ

Dünya çempionatında Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub

Dünya

“World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında Liverpulda keçiriləcək ilk dünya çempionatının püşkatma mərasimi baş tutub.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

Bu gün start götürəcək mundialın birinci günündə 2 boksçumuz rinqə çıxacaq. Onların hər ikisi 1/16 finala vəsiqə uğrunda döyüşəcəklər.

Dünya çempionatı

4 sentyabr

1/32 final

Zaur Qəhrəmanov (65 kiloqram) – Denis Bril (Almaniya)

Sərxan Əliyev (70 kiloqram) – Karlos Flouers (ABŞ)

5 sentyabr

1/16 final

Səidcəmşid Cəfərov (75 kiloqram) – Qavin Rafferti (İrlandiya)

Surət Qarayev (85 kiloqram) – Laçlan Lauson (Avstraliya)

Aynur Mikayılova (57 kiloqram) – Qabriella Veerheym (Niderland)

Sübhan Mamedov (50 kiloqram) – Fredelin De Los Santos (Dominikan Respublikası)

Məhəmməd Abdullayev (+90 kiloqram) – Sezar Peraza La Kruz (Kuba)

6 sentyabr

1/16 final

Məhəmmədəli Qasımzadə (60 kiloqram) – Radoslav Rosenov (Bolqarıstan) / Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi

7 sentyabr

1/16 final

Nicat Hüseynov (55 kiloqram) – Rolando Martines Peres (Kuba)

Murad Allahverdiyev (80 kiloqram) – Amar Koçi (Albaniya) / Meysam Qeşlaqi (İran) cütünün qalibi

8 sentyabr

1/8 final

Alfonso Dominqes (90 kiloqram) – Yasse Kiss (Almaniya) / Yonas Yazeviçius (Litva) cütünün qalibi

Qeyd edək ki, dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq.

Seçilən
123
11
xalqcebhesi.az

10Mənbələr