AZ

Day.az informasiya portalının 22 yaşı tamam olur

Bakı. Trend:

Bu gün Day.az informasiya portalının yaranma günüdür.

Trend-inxəbərinə görə, saytın fəaliyyətə başlamasından 22 il ötür.

Day.az Azərbaycanıninternet məkanında həm daxilolma sayına, həm də oxuculara təqdimedilən imkanlara görə liderlərdən biri olmaqda davam edir. Sonillər ərzində bu informasiya portalı dünyada ən son tendensiyalarauyğun olaraq texnoloji baxımdan yenilənib.

Day.az özünün @day.az poçt xidmətini, "NewsTube"videohostinqini, Azərbaycanın bütün bölgələri üzrə ətraflı havaproqnozunu təqdim edən "weather.day.az" platformasını, Heydər ƏliyevBeynəlxalq hava limanında aviareyslərin onlayn cədvəlini (avia.day.az), ölkəninbütün banklarında valyuta məzənnələri xidmətini (azn.day.az) və bir çoxdigər xidmətləri əhatə edir.

İnformasiya portalının bu xüsusiyyətləri və imkanları onaAzərbaycanda ən çox ziyarət edilən saytlardan biri olmağa imkanverir.

Day.Az sosial şəbəkələrdə sürətlə populyarlaşır. Təkcə onu qeydetmək kifayətdir ki, Day.Az Facebook səhifəsinin 209 000-dən çoxreal istifadəçisi, NewsTube video portalının isə 700 000-ə yaxınziyarətçisi var. Bundan əlavə, portal öz Telegram və TikTokauditoriyasını fəal şəkildə genişləndirir. Cəmi bir neçə ay ərzindəDay.Az-ın TikTok səhifəsi 19 000-dən çox abunəçi toplayıb və onunvideoları milyonlarla baxış yığır.

Bundan əlavə, Day.Az Cənubi Qafqazın aparıcı rusdilli media orqanıkimi mövqeyini möhkəmləndirib, bunu müstəqil monitorinq platforması“Medialogia”nın son məlumatları sübut edir. Belə ki, platformanınməlumatına görə, Day.Az Azərbaycanda rus dilində fəaliyyət göstərənKİV-lərin media reytinqinə başçılıq edir.

Gürcüstanın media məkanında Day.Az bir sıra yerli resurslarıqabaqlayaraq 4-cü yerdədir. Day.Az və Trend Gürcüstan bazarında ilkon media resurslarına daxil olan yeganə Azərbaycan KİV-ləridir.Ermənistanda Day.Az yeganə Azərbaycan media orqanı olub ki, ardıcılolaraq yerli media reytinqinə düşüb. Day.Az Ermənistanın ənpopulyar media qurumları onluğunda 8-ci yerdədir.

Day.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara işlərindəuğurlar arzulayırıq!

Məqalədə:
Seçilən
17
2
az.trend.az

3Mənbələr