BAKI, 4 sentyabr. TELEQRAF
"Şərurulu İsfəndiyar" ləqəbi ilə tanınan İsfəndiyar Axundov avtomobillərinin müsadirə olunmasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində danışan iş admaı deyib ki, bununla bağlı hazırda iş davam edir:
"Bu məsələ bir hakimin qərəzli işindən, məsuliyyətsizliyindən ortaya çıxıb. Buna baxmayaraq biz mübarizə aparırıq".
İş adamı son vaxtlar çoxsaylı məhkəmələrə verilməsinə də münasibət bildirib: "Hansı ağacda meyvə çoxdur, hamı ona daş atır. Hamı ondan qopartmaq istəyir.