AZ

İki mədəniyyəti birləşdirən tarixi əsər - “Heinrix və Leyla” (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi ilə Almaniyada yaşayan azərbaycanlı bəstəkar XədicəZeynalovanın “Heinrix və Leyla” adlı simfonik əsəri Detmoldşəhərində yerləşən Christuskirche abidə zalında ifa olunub.

Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan və Almaniyaarasında dostluq münasibətlərinin 200 illik tarixinə həsr olunankonsert proqramında beynəlmiləl tərkibli “Bridge of Sound” orkestriçıxış edib.

Dirijor Fərhad Qarayusiflinin rəhbərliyi ilə səsləndirilən əsərŞərq və Qərb musiqisinin unikal sintezini yaradaraq tamaşaçılaradərin təsir bağışlayıb. 12 hissədən ibarət olan "Heinrix və Leyla"əsərində Avropa klassik orkestr alətləri ilə yanaşı, Azərbaycanmuğam elementlərinə geniş yer verilib. Əsər musiqinin dili iləmilli irsimizin zənginliyini beynəlxalq auditoriyaya çatdıraraq,xalqlar arasında mədəni körpü rolunu oynayıb.

Bəstəkar Xədicə Zeynalova əsərin yaranma tarixindən, musiqidəəks olunan hadisələrdən və Azərbaycan-Alman dostluğunun tarixiköklərindən danışıb.

Almaniyalı tədqiqatçı Mayk Flek bu layihəyə görə müəllifətəşəkkürünü bildirib və layihəni iki xalq arasında mədəni dialoqunmühüm nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, uzun illərdir Almaniyada yaşayan və fəaliyyətgöstərən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniya"Bridge of Sound" orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətinyaradıcısı və sədri Xədicə Zeynalova Almaniyanın MədəniyyətNazirliyinin 2024-cü ilin ən yaxşı bəstəkarı adına və "Artist inResidence" nominasiyasına layiq görülüb. Almaniyada "Harmony ofsound" adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədiirəhbəri olan soydaşımız Detmold Konservatoriyasının və PaderbornUniversitetinin dosenti, Almaniya, Hollandiya, İngiltərə,Azərbaycan və Yaponiyada çap edilən sayca 40-dan çox elmi kitab,əsər və dərsliklərin müəllifidir. Xədicə Zeynalova AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyinin "Nizami" adına medalına,Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə"medalına layiq görülüb.

İki
İki
İki
İki
İki
İki
İki
Seçilən
15
2
az.trend.az

3Mənbələr