AZ

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqedilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil YollarıDövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobilyolunun tikintisi davam etdirilir.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1Btexniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.

Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanalkörpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisinəzərdə tutulub.

Hazırda:
• 4 körpü üzrə işlərin 90%-i,
• 1 körpü üzrə 80%-i,
• 2 qovşaq körpüsü üzrə 76%-i,
• 1 qovşaq körpüsü üzrə 45%-i,
• 1 qovşaq körpüsü üzrə isə 5%-i,
• 1 tunel tipli yol ötürücüsünün tikintisi üzrə 85%-i yerinəyetirilib.

Eyni zamanda, yolun 3-cü və 19.5-ci km-lik hissəsində yerüstüpiyada keçidlərinin tikintisi işləri davam etdirilir.

Layihə üzrə həmçinin:
• 12 ədəd düzbucaqlı keçidin,
• 28 ədəd dairəvi və müxtəlif diametrli borunun,
• drenaj quyularının, müxtəlif ölçülü drenaj borularının, eləcə dəyol boyunca ehtiyat keçid borularının quraşdırılması işləriaparılır.

Hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayışobyektlərinin bir hissəsinin söküntüsü, kommunikasiya xətlərininköçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.

Bundan başqa, layihə boyu:
• 9 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə,yararsız qruntun yararlı materialla əvəzlənməsi),
• 7 km-lik hissədə yol geyiminin alt və üst laylarının tikintisi,asfalt-beton örtüyünün döşənməsi və çiyinlərin bərkidilməsi işləritamamlanıb.

Eyni zamanda:
• yolun km 22.3–28.9-cu hissəsində, Ceyranbatan su anbarıərazisində təqribən 1 km torpaq yatağının tikintisi,
• M-1 avtomobil yolunun üzərində körpü,
• həmçinin avtomobil yolunun Xırdalan şəhəri ilə birləşənhissəsində yol ötürücüsünün tikintisi üzrə işlər də aparılır.

Ümumilikdə, layihə üzrə fiziki tərəqqi təxminən 51% təşkiledir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnolojiardıcıllıqla və yüksək keyfiyyətlə icra olunur. Tərtib edilmiş işqrafikinə uyğun olaraq, layihənin vaxtında tamamlanması məqsədiləərazi üzrə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub.

Yeni avtomobil yolunun inşası, Abşeron yarımadasının şimal-şərqhissəsində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxilolmadan, Bakı-Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobilyolu vasitəsilə şimal bölgəsi ilə, həmçinin Bakı–Şamaxı–Yevlaxavtomobil yolu vasitəsilə respublikamızın qərb bölgəsi ilə rahat vəsəmərəli nəqliyyat əlaqəsinin qurulmasına imkan yaradacaq.

Pirşağı–Novxanı–Xırdalan–M4
Pirşağı–Novxanı–Xırdalan–M4
Pirşağı–Novxanı–Xırdalan–M4
Pirşağı–Novxanı–Xırdalan–M4
Pirşağı–Novxanı–Xırdalan–M4
Pirşağı–Novxanı–Xırdalan–M4
Pirşağı–Novxanı–Xırdalan–M4
Pirşağı–Novxanı–Xırdalan–M4
Seçilən
52
21
az.trend.az

10Mənbələr