1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın 4-də istifadəçilər kütləvi şəkildə "Google", "YouTube", "Gmail", "Google Drive" servislərinə girişlə bağlı problemlərin yarandığını bildirirlər.
Oxu.Az-ın xəbərinə görə, nasazlıq məşhur platformaların veb-versiyalarını, həmçinin mobil tətbiqləri əhatə edib ki, bu da sosial şəbəkələrdə narahatlıq dalğası yaradıb.
İstifadəçilərin əksəriyyəti öz fərdi hesablarında qeydiyyatdan keçmənin mümkünsüzlüyündən şikayət edirlər.
Problem, ehtimal ki, kütləvi xarakter daşıyır, lakin şirkətdən hələ ki hər hansı rəsmi açıqlama verilməyib.




