sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən komandaların heyətlərinin dəyərləri bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə "Transfermarkt" portalı məlumat yayıb. Azərbaycan çempionu "Qarabağ" 34-cü pillədə qərarlaşıb. "Köhlən atlar"ın futbolçularının ümumi qiyməti 25,08 milyon avrodur. Kipr təmsilçisi "Pafos" 24,05 milyon avro ilə 35-ci, Qazaxıstanın "Kayrat" klubu isə 12,80 milyon avro ilə 36-cıdır. Qeyd edək ki, ilk "üç-lüy"ü "Real" (1,4 milyard avro), "Arsenal" (1,33 milyard avro) və "Mançester Siti" (1,23 milyard avro) qapayır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.