AZ

"İnter Mayami" və "Sietl Sounders" arasında baş tutan finaldan sonra qalmaqal yaşanıb

 "İnter Mayami" və "Sietl Sounders" komandaları arasında keçirilən Liqa Kuboku finalından sonra Lionel Messi ilə həmvətənlisi Pedro de la Veqa arasında münaqişə baş verib.

90deqiqe.Az-ın məlumatına görə, oyun bitdikdən sonra futbolçular arasında əlbəyaxa dava baş verib. Bu hadisə canlı yayımdan da yayımlanıb.

Lionel Messi də "Sietl Sounders"in oyunçusu olan De la Veqaya qarşı münaqişəyə qoşulub və ona "Milli komandada oynadığım müddətcə, sən orada oynamağa heç vaxt başlamayacaqsan!" sözlərini deyib.

Xatırladaq ki, "İnter Mayami" finalda "Sietl Sounders"-a 0:3 hesabı ilə məğlub olub. Matçın başa çatmasından sonra isə münaqişə davam edib: Sergio Busquets rəqibin bir oyunçusunu vurub, Luis Suarez isə "Sietl" klubunun əməkdaşına tüpürüb.

Seçilən
102
90deqiqe.az

1Mənbələr