AZ

Ölkədə işçi qüvvəsinin sayı 1,19% artıb

BAKI, 4 sentyabr. TELEQRAF

2024-cü ildə ölkənin əmək bazarında işçi qüvvəsinin sayı 5 milyon 312,1 min nəfər olub.2023-cü illə müqayisədə 62,4 min nəfər və ya 1,19% artım qeydə alınıb.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, işçi qüvvəsinin 2 milyon 741 min nəfəri kişi, 2 milyon 571,1 min nəfəri isə qadınlar olub.

Ötən il ölkədə 282,3 min nəfər işsiz olub. İşsiz əhalinin 125,3 min nəfərini kişilər, 157 min nəfərini isə qadınlar təşkil edib.

2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 217 min 228 min nəfər işsiz olaraq qeydiyyata alınıb. Onlardan 113 min 789 nəfəri kişi, 103 min 439 nəfəri isə qadın olub.

Rəsmi statistikaya əsasən, ötən il ölkədə işsizlik səviyyəsi 5,3% təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildən bəri Azərbaycanda ən yüksək işsizlik səviyyəsi 2020-ci ildə qeydə alınıb. Həmin dövrdə işsizlik7,2%-ə yüksəlib.

Seçilən
34
teleqraf.com

1Mənbələr