Bakı. Trend:
Cari ilin ilk altı ayı ərzində zəhərlənmə səbəbilə Kliniki TibbiMərkəzin Toksikologiya şöbəsinə 644 nəfər qəbul edilib.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh MəmmədTrend-in sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbiyardım göstərilib.
"Həkimlərin səylərinə baxmayaraq onlardan 23 nəfərin həyatınıxilas etmək mümkün olmayıb", - deyə əlavə edib.