Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İsmayıllı-Muğanlı yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 2-də saat 16:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 01-CD-169 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücüsü - 57 yaşlı Asif Məhərrəmov bədən xəsarətləri alıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.