AZ

Bakıda marketlərdən oğurluq edənlər saxlanıldı

BAKI, 4 sentyabr. TELEQRAF

Paytaxtın Xəzər rayonunda talama cinayətləri qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki marketdən 75 manat və ödəmə terminalı oğurlanıb.

Bu barədə zərərçəkən şəxslər polisə məlumat verib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı A.Əliyev saxlanılıb.

Bundan başqa, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə marketdən 1200 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Piriyev də tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
1
22
teleqraf.com

10Mənbələr