AZ

Kondisionerlərin suyu ZİYANLIDIR? - AÇIQLAMA

“Kondisioner suyu təmiz sudur. Tərkibində heç bir minerallar, duz yoxdur. Bu suyu akkumulyatorlarda, ütülərdə istifadə etmək olar. Tərkibində duz olmadığı üçün qaynadığı zaman cihazda heç bir ərp əmələ gəlmir. Bəzi güllərə də kondisioner suyu tökmək olar, amma davamlı yox”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında məişət texnikası təmiri servisinin rəhbəri Xaliq Abdullayev deyib.

 

O bildirib ki, kondisioner suyu distillə olunmuş sudur: “Lakin tam distillə suyu da demək olmaz. Bu suyu akkumulyatorda istifadə etməyin də şərtləri var. Akkumulyatora tökdükdə bir hissəsi əvvəlcə enerji yığıb, qaynamalıdır. Az şəkildə oksigen qarışmış olsa belə, o çıxmalıdır. Çünki təmiz distillə suyun tərkibində oksigen yoxdur. Sürücülər bu suyu akkumulyatorlara tökdükdə akkumulyator tez-tez enerji yığdığına görə onun tərkibindəki oksigen qaynama verən zaman çıxır. Bu isə akkumulyatoru şişirib partlada bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Sentyabr 2025, 12:30   
Seçilən
120
pravda.az

1Mənbələr